Fransız qadın müğənni müsəlman oldu və Həccə getdi
Mьəllif: admin1
Tarix: 14-08-2019, 22:24
Bцlmə: Xəbərlər
Fransız qadın müğənni müsəlman oldu və Həccə getdi
İslamazeri.com-un “ArabNews”-ə istinadən verdiyi xəbərə əsasən, fransalı qadın müğənni İslam dinini qəbul edib və Həcci yerinə yetirib.

Onun pulu, şöhrəti və pərəstişkar ordusu var idi. 23 yaşınadək o, 4 milyondan çox albom sata və çox sayda mükafat qazana bilib.

2007-ci ildə “Diam” ləqəbli Kipr əsilli rep-ifaçısı Melani Jorjiad şou-biznes ulduzunun arzulaya biləcəyi hər şeyə sahib olsa da, mənəvi və ruhi axtarışlarına heç cür cavab tapa bilmirdi.

Bu günlərdə Məkkəyə gələrək ziyarət əməllərini yerinə yetirmiş eks-müğənni şəxsi dəyişimi barədə danışıb.

“Bütün bunlar - pullar, uğur, nüfuz məni xoşbəxt edə bilmədi. Mən xoşbəxtlik axtarışında idim. Hədsiz kədərli idim, tənha idim. Bu dünyaya nə üçün gəldiyimi anlaya bilmirdim. Nəticədə də, mən öz suallarıma cavablar axtarmağa başladım”, - deyə o bildirib.

Jorjiad 2008-ci ildə müsəlman rəfiqəsini ziyarət edərkən, təsadüfən, onun axşam namazı qılmasının şahidi olub. Gördüyü mənzərədən mütəəssir olmuş Melani rəfiqəsinin yanında duraraq onun etdiyi ibadi hərəkətləri təkrarlamağa başlayıb.

O, həmin ildəcə İslam dinini qəbul edib və səhnədən həmişəlik yox olub. Jorjiad öz həyat tərzini tam şəkildə dəyişib və hicab geyinməyə başlayıb. Bu yay isə o, milyonlarla digər müsəlmanlarla birlikdə Həcc vacibatını yerinə yetirib.


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930