Nigeriya hökuməti Şeyx Zəkzakinin Hindistanda müalicəsi üçün şərtlərini açıqlayıb
Müəllif: Admin
Tarix: 9-08-2019, 22:16
Bölmə: Xəbərlər
Nigeriya hökuməti Şeyx Zəkzakinin Hindistanda müalicəsi üçün şərtlərini açıqlayıb
Nigeriyanın Kaduna əyalət valisi Şeyx İbrahim Zəkzakinin Hindistanda müalicəsi üçün ağır şərtlər irəli sürüb.

Maide.Az xarici KİV-ə istinadla xəbər verir ki, ötən həftə Kaduna Ali Məhkəməsinin Nigeriya şiələrinin rəhbəri Şeyx İbrahim Zəkzakinin və həyat yoldaşının Hindistanda müalicə alması ilə bağlı verdiyi qərarın ardınca Kaduna əyalət başçısı tərəfindən irəli sürülən şərtlər bunlardır:

“Nigeriya Xarici İşlər Nazirliyi Şeyx Zəkzakinin Hindistanda xəstəxanada müalicə almasını təsdiqləməlidir və diplomatik protokollara əsasən onun müalicəsi üçün şərait yaratmalıdır, müaəlicədən sonra Şeyx Zəkzaki və yoldaşı Nigeriyaya qaytımaq barəsində öhdəlik götürməlidir, səfər xərci, müaəlicə və orada yaşamaq Şeyx Zəkzakinin və ailəsinin öz üzərinə olmalıdır.

İki etibarlı şəxs, ən azından qəbilə başçısı Şeyx Zəkzakinin ölkədən çıxıb Hindistanda müalicə olunması üçün zamin durmalıdır, həmçinin zamina buraxılmaq üçün pul girov qoyulmalıdır, Hindistan hökuməti Nigeriya hökumətinə zəmanət verməlidir ki, müalicədən sonra Şeyx Zəkzakini Nigeriyaya qaytarsın və ona öz istəyi və digər şəxs və ya qurumların istəyi ilə siyasi sığınacaq verməsin.

Eləcədə Şeyx Zəkzaki və yoldaşı vəkilini iştirakı və imzası ilə Nigeriya hökuməti əleyhinə heç bir addım atmayacaqlarına dair iltizam verməlidir. Bundan başqa Nigeriya təhlükəsizlik qüvvələri Şeyx Zəkzaki və onun yoldaşını müalicə dövründə nəzarətdə saxlamlıdır. Nigeriyanın Hindistandakı səfirliyi Şeyx Zəkzaki ilə Hindistanda olduğu dövrdə baş tutacaq görüşlərə nəzarət etməlidir."

Qeyd edək ki, avqustun 5-də Nigeriya məhkəməsi ölkə şiələrinin rəhbəri Şeyx İbrahim Zəkzaki və onun həyat yoldaşının müalicə üçün Hindistana getməsi haqqında qərar çıxardıb.

Şeyx Zəkzakinin Hindistana müalicə üçün getmə şərtlərini Nigeriya hökuməti müəyyənləşdirəcəyi bildirilmişdi.

Xatırladaq ki, 17 iyun 2019-cu ildə aparılan müayinə zamanı Şeyx İbrahim Zəkzaki və onun həyat yoldaşının səhhətində ciddi problemlər aşkarlanaraq bu barədə Kadun vilayəti ali məhkəməsinə ərizə göndərilib. Məhkəmə iki dəfə təxirə salınıb və növbəti məhkəmənin bu gün keçirilib.

Şeyx İbrahim Zəkzaki və onun həyat yoldaşı 2015-ci il dekabrın 13-də Nigeriya hərbçilərinin Zaria şəhərindəki hüseyniyyəyə basqını zamanı həbs olunublar.

Nigeriyanın müxtəlif bölgələrində Şeyx Zəkzakinin azadlığı tələbilə etiraz aksiyaları davam etdirilib. Onlarla Əhli-beyt (ə) ardıcılı bu aksiyalarda polis tərəfindən güllənərək şəhid edilib və çox sayda insan yaralanıb.
Oxşar xəbərlər
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031