Şeyx İbrahim Zəkzakinin məhkəməsi keçirilib
Mьəllif: admin1
Tarix: 18-07-2019, 18:55
Bцlmə: Xəbərlər
Şeyx İbrahim Zəkzakinin məhkəməsi keçirilib
Bu gün güclü təhlükəsizlik tədbirləri altında Nigeriya şiələrinin rəhbəri Şeyx İbrahim Zəkzaki və həyat yoldaşının sağlamlıq durumunu araşdırılması və azad edilməsinə dair məhkəməsi keçirilib.

Maide.Az xəbər verir ki, Kaduna Ali Məhkəməsində keçirilən prosesdə prokror tibbi sənədlərin gecikməsini bəhanə gətirərək məhkəmənin təxirə salınması barədə vəsatət qaldırıb.

Hakim prokrorun vəsatətini təmin edib və məhəkəmə növbəti həftənin cümə axşamına kimi təxirə salınıb.

Nigeriya təhlükəsizlik qüvvələri məhkəməyə jurnalistləri buraxmayıb.

Qeyd edək ki, Nigeriya hökuməti Şeyx İbrahim Zəkzakinin azad olunaraq digər ölkədə müalicə alması üçün raızlıq versə də müxtəlif bəhanələrlə prosesi uzadır.

Xatırladaq ki, 17 iyun 2019-cu ildə aparılan müayinə zamanı Şeyx İbrahim Zəkzaki və onun həyat yoldaşının səhhətində ciddi problemlər aşkarlanaraq bu barədə Kadun vilayəti ali məhkəməsinə ərizə göndərilib.

Şeyx İbrahim Zəkzaki və onun həyat yoldaşı 2015-ci il dekabrın 13-də Nigeriya hərbçilərinin Zaria şəhərindəki hüseyniyyəyə basqını zamanı həbs olunublar.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930