Taliban: ABŞ-la razılıq əldə edilə bilər
Mьəllif: admin1
Tarix: 1-08-2019, 22:56
Bцlmə: Xəbərlər
Taliban: ABŞ-la razılıq əldə edilə bilər
İslamazeri.com xəbər verir ki, Taliban 18 illik Əfqanıstan müharibəsinin başa çatdırılmasına dair növbəti müzakirələr zamanı ABŞ-la razılıq əldə ediləcəyinə dair ümidini ifadə edib. Tərəflər bu həftə həlledici dialoqa qatımalıdır.

Taliban sözçüsü Suhail Şahin tərəflərin bir ilə yaxındır gərgin çalışmasından sonra bütün əsəs məsələləri əhatə edən layihə hazırlandığını bildirib. O, Amerikanın Səsinə deyib ki, Taliban müzakirəçiləri üzərinə düşən hər şeyi edib və indi dialoqun irəliləməsi üçün növbəti addımlar Amerikadan asılıdır.

“Biz qüvvələrin ölkədən çıxarılması razılıq əldə edəcəyimizə ümid edirik” - deyə, Şahin müzakirələrdən gözləntilərinə dair sualı cavablandırarkən bildirib. Lakin o, görüşün dəqiq tarixi barədə məlumat verməyib.

Taliban ABŞ və digər xarici qüvvələrin ölkədən çıxarılmasını tələb edir.

ABŞ isə sərtxətt tərəfdarlarının təhlükəsizliyi təmin etməsini istəyir. Rəsmi Vaşinqton bundan sonra Əfqanıstan ərazisindən Amerikaya qarşı terror hücumlarının törədilməyəcəyinə zəmanət tələb edir.

Oxşar xəbərlər
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930