“Amerikanın hədəfi Əfqanıstanın qurtarılması deyil”
Mьəllif: admin1
Tarix: 25-10-2017, 20:00
Bцlmə: Xəbərlər
“Amerikanın hədəfi Əfqanıstanın qurtarılması deyil”
İranın Xarici Əlaqələr Strategiyası Şurasının başçısı Seyid Kamal Hərrazi Əfqanıstanın təhlükəsizliyini İranın öz təhlükəsizliyi olaraq gördüyünü ifadə edərək, "Amerikanın hədəfi Əfqanıstanın qurtarılması deyil" deyib.

İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, Kamal Hərrazi dünən Tahranda Əfqanıstan sabiq prezidenti Həmid Kərzai ilə görüşündə, Amerikanın Əfqanıstanda terrorizmlə mübarizə hədəfində olmadığını, əksinə Əfqanıstanda Amerika güclərinin strateji hədəfləri üçün davamlı qalmaq olduğunu söyləyib.

Hərrazi Amerikanın terrorist qrupları öz bəd əməlləri üçün istifadə etdiyini ifadə edib, İran və Rusiyanın İraq ilə Suriyada terrorizmlə müharibədəki əməkdaşlığına işarə edib və ''İran və Rusiya arasındakı bu əməkdaşlıq nəticəsində yaşanan proseslər Amerika üçün gözəl proses deyil'' deyib.

Görüşdə sabiq Əfqanıstan prezidenti də Amerikanın Əfqanıstandakı strategiyasının müharibə və qan tökmənin davam etməsi olduğunu söyləyib.

Kərzai Əfqan xalqının sülh üçün darıxdıqlarını ifadə edərək, Əfqan xalqının Amerikaya qarşı dayandığını və müqavimət göstərdiyini bildirib.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930