Salome Zurabişvili Rusiyaya müraciət edib
Mьəllif: admin1
Tarix: 9-07-2019, 18:41
Bцlmə: Xəbərlər
Salome Zurabişvili Rusiyaya müraciət edib
Gürcüstan Prezidenti Salome Zurabişvili Rusiya rəhbərliyinə müraciət edib.

Ahlibeyt.ge xəbər verir ki, dövlət başçısı keçirdiyi brifinqdə Rusiyanı eskalasiyaya yol verməməyə çağırıb.

S.Zurabişvili bildirib ki, Gürcüstanın sülh siyasəti ölkədə və bölgədə sabitliyin qorunub saxlanılması üçün yeganə vasitədir.

Prezident Rusiyada yaşayan gürcülərə də müraciət edib: “Mən sizin prezidentinizəm və sizin əmin-amanlığınız bizim üçün vacibdir. Hökumət sizinlə bağlı vəziyyətin gərginləşməməsi üçün mümkün edən hər şeyi edir”.

S.Zurabişvili Gürcüstanda olan rusiyalı turistlərə də müraciət edərək ölkənin tarixən dözümlülük simvolu olduğunu qeyd edib: “Biz bu ənənənin pozulmasına imkan verməyəcəyik. Gürcüstanda əcnəbi vətəndaş və ya qonaq üçün təhlükə yaradan heç bir insident olmayıb”.
Oxşar xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031