Salome Zurabişvili qərb dövlətlərinin səfirləri ilə görüşdü - Səbəb?
Mьəllif: admin1
Tarix: 22-06-2019, 09:31
Bцlmə: Xəbərlər
Salome Zurabişvili qərb dövlətlərinin səfirləri ilə görüşdü - Səbəb?
Salome Zurabişvili ABŞ-ın ölkədəki səfiri vəzifəsinin icraçısı, Avropa Birliyi nümayəndəliyinin rəhbəri, habelə Almaniyanın, Britaniyanın, Fransanın, İtaliyanın, Niderlandın, Polşanın, Bolqarıstanın, Estoniyanın və Litvanın Gürcüstandakı səfirləri ilə görüşüb.

24News.ge "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Prezident Administrasiyasında bildiriblər.

"Prezident görüşdə qeyd edib ki, o, vəziyyətin sabitləşməsi üçün bütün siyasi qüvvələrlə əməkdaşlıq etməyə hazırdır, hansılarda ki, qeyri-sabitliyə çağırış yoxdur", - deyə bildirilib.

Zurabişvilinin sözlərinə görə, "regionda yaranmış vəziyyətə əsaslanaraq, Gürcüstan sabitliyin "mərkəzidir".

"Beləliklə, təxmin etmək asandır ki, hadisələrin gərgin inkişafı və qeyri-sabitlik kimin üçün əlverişlidir", - deyə prezident görüşlərdə əlavə edib.
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031