Kadırovdan Putini təhqir edənə: Əclaf nakişi! Get gizlən, yoxsa...
Mьəllif: admin1
Tarix: 9-07-2019, 12:03
Bцlmə: Xəbərlər
Kadırovdan Putini təhqir edənə: Əclaf nakişi! Get gizlən, yoxsa...
İslamazeri.com-un “Islam News”- ə istinadən verdiyi xəbərə əsasən, Çeçenistan başçısı Ramzan Kadırov canlı yayım zamanı Rusiya prezidenti Vladimir Putini təhqir etmiş “Rustavi 2” telekanalının aparıcısı Georgiy Qabuniyaya sərt reaksiya verib.

“Əclaf və pozğun! Rustavi-2 telekanalının jurnalisti Georgiy Qabuniyanı yalnız bu cür adlandırmaq olar. O, nə Qafqazın övladıdır, nə kişidir, nə də dağlıdır. Qafqazda kişi bu cür sözləri hətta öz qan düşməninin ünvanına belə işlətmir. Qabuniya - əsl qorxaq və cinsiyyətsiz varlıqdır”, - deyə Kadırov bildirib.

O qeyd edib ki, Qabuniya təkcə Putini yox, həm də bütün Rusiya vətəndaşlarını da təhqir edib və əlavə edib ki, Qabuniya bu cür sözlərdən sonra ictimai yerlərdə görünməməlidir.

“Dünyada V.Putinə dərindən hörmət edən milyonlarla gənc insan var. Qabuniyanı gizlətmək lazımdır, yoxsa yoldan keçənlərdən biri ona layiq olduğu dərsi verə bilər”, - deyə o bildirib.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930