Putin Rusiyadan Gürcüstana hava uçuşlarını qadağan etdi
Mьəllif: admin1
Tarix: 21-06-2019, 23:16
Bцlmə: Xəbərlər
 Putin Rusiyadan Gürcüstana hava uçuşlarını qadağan etdi
Rusiya Federasiyasının prezidenti Vladimir Putin ölkənin hava şirkətlərinə Gürcüstana sərnişin daşımalarının qadağan edilməsi barədə fərman imzalayıb.

24News.ge TASS-a istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Fərmana əsasən iyulun 8-dən Gürcüstanla sərnişin daşımaları müvəqqəti qadağan edilir.

"2019-cu ilin 8 iyulundan Rusiya aviaşirkətlərinə Rusiya Federasiyasının ərazisindən Gürcüstan ərazisinə sərnişin (həmçinin ticarət) daşımalarını həyata keçirmək qadağan edilir", - deyə sənəddə bildirilir.

Bundan başqa, turizm operatorlarına və agentliklərinə qadağanın qüvvədə olduğu müddətdə turistləri Rusiyadan Gürcüstan ərazisinə daşımamaq tövsiyə edilir.

Vladimir Putin sərnişin daşınmalarının dayandırılmasını nəzərə alaraq, Nazirlər Kabinetinə Gürcüstanda olan ölkə vətəndaşlarının Rusiya Federasiyasına qayıdışına kömək etməyi tapşırıb.
Oxşar xəbərlər
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031