Putin Paşinyanla bu məsələləri müzakirə etdi
Mьəllif: admin1
Tarix: 13-06-2018, 23:55
Bцlmə: Xəbərlər
Putin Paşinyanla bu məsələləri müzakirə etdi
İslaminSesi APA-ya istinadən xəbər verir ki, Kremldə keçirilən görüşdə Vladimir Putin Rusiya-Ermənistan münasibətlərinin strateji olduğunu söyləyib: "Rusiya Ermənistanla ticarət dövriyyəsində ilk yerini əminliklə qoruyub saxlayır. Biz ticarət-iqtisadiyyat sahəsində bir nömrəli tərəfdaşıq. Ötən il ticarət dövriyyəsinin həcmi 30 faizdən çox artıb. Bu il də artım müşahidə olunur".

N. Paşinyan isə çıxışında Rusiya və Ermənistan arasındakı münasibətlərin xüsusi olduğunu vurğulayıb: "Əmin edirəm ki, bu cür əməkdaşlıq daha da möhkəm olacaq. Düşünürəm ki, həm Ermənistanda, həm də Rusiyada bu münasibətlərin inkişafından məmnundurlar. Ümid edirik ki, bu münasibətlər hər iki xalqa və dövlətə, ölkələrimizin maraqları və suverenliyinə hörmət əsasında daha da effektiv inkişaf edəcək. Bu çox vacibdir".
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031