Müfti Yasin Əliyev: "Ramazan bayramı ilə bağlı yalnışlıq..."
Müəllif: Admin
Tarix: 9-06-2019, 12:59
Bölmə: Xəbərlər
Müfti Yasin Əliyev: "Ramazan bayramı ilə bağlı yalnışlıq..."
Ötən gün yerli və xarici mətbuatda gündəmə çevirilən xəbərlərə görə, Səudiyyə Ərəbistanı Ramazan bayramı ilə bağlı verdiyi qərarın yalnış fətva olduğunu açıqlayıb.

Səudiyyə Ərəbistanının Ciddə şəhəri Astronomiya İdarəsi şəvval ayının hilalının görülməsi barədə yalnış məlumat verib və insanlara oruclarını bir gün tez yedizdirib. İdarədən yayılan rəsmi açıqlamada idarənin şəvval ayının hilalı əvəzinə Saturun planetini gördüyü bildirilir.

Səudiyyə Ərəbistanı İslami Fiqhi Akademiyasının üzvü Məhəmməd əl-Nucemninin “əl-Ərəbiyyə” kanalına verdiyi müsahibəsində insanların üzərinə düşən kəffarəni dövlət ödəyəcək deyə bildirib.

24News.ge xəbər portalı bu barədə Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) şərqi Gürcüstan üzrə müftisi Hacı Yasin Əliyev ilə əlaqə saxlayıb və Gürcüstanda Səudiyyə Ərəbistanın fətvası ilə orucunu bir gün tez açaraq bayram edənlərin kəffarəsinin kim tərəfindən ödəniləcəyinə aydınlıq gətirib.

Müfti Yasin Əliyev sözü gedən məsələ ilə bağlı artıq məşğul olduqlarını bildirib:

"Mən bununla bağlı Səudiyə Ərəbistanına müraciət etmişəm amma hələ ki, bir cavab söyləməyiblər. Bu məsələ ilə bağlı həmçinin Türkiyəyə xüsusəndə bu ölkənin Diyanət İşləri Nazirliyinin Tbilisi müşaviri Əhməd Ərdəmə müraciət etmişəm. Məsələ ilə bağlı araşdırma aparıram".


Yasin Əliyev bildirib ki, bir sıra söz-söhbətlər gəzir amma hələ ki, nə Səudiyyə Ərəbistanından nədə ki, Türkiyədən bu barədə cavab gəlməyib:

“Bizə qonşu müsəlman ölkəsi olan Türkiyə Ramazan bayramını 4 iyuna təsdiq etdi və bizdə onlara uyduq. Buna səbəb isə bizdə rəsədxananın olmamasıdır elə buna görədə aya baxıb araşdırma apara bilmirik”.

Əgər hərhansısa bir yalnışlıq olsa Gürcüstan Müsəlmanları (GMİ) İdarəsi tərəfindən müsəlmanlara kəffarə ödəniləcəkmi sualını da müfti cavablandırıb:

“Bizim idarənin elə bir gücü yoxdur ki, çox sayda müsəlmanların kəffarəsini ödəsin. Amma tərəfimizdən ödənilməsədə biz ödətdirəcəyik. Bu barədə isə hərhalda danışıqlar aparılacaq Türkiyə və Səudiyyə Ərəbistanı yalnış fətvanı verib, elə kəffarənidə onlara ödətdirəcik.

Əgər mənim özüm Ramazan bayramı fətvasını vermiş olsa idim, hilali ayı özüm görüb təsdiq etmiş olsa idim həmin kəffarə mənim öz üzərimə düşürdü”. -deyə (GMİ) müftisi Hacı Yasin Əliyev deyib.

Müfti həmçinin öz facebook səhfəsində bayramı elan etməsinədə aydınlıq gətirib:

"Mənim özümün şəraitim olmadığı üçün Ramazan bayramının hilalını görə bilmirəm. Səudiyyə Ərəbistanından daha çox qonşu Türkiyə bizə yaxın olduğuna görə, onlara inanaraq mən özümün facebook profilimdə Ramazan bayramı ilə əlaqədar elan verdim.

Mən bundan əvvəl onlarla əlaqə saxladım və təsdiq etdilər ki, iyun ayının 4-ü Ramazan bayramıdı və iyun ayının 3-ü isə ay görünəcək.

Hansı ölkələr ki, Ramazan bayramı fətvasını verdi və bu gündə bəzi söz-söhbətlər gəzir. Əgər belə birşey varsa onlar səhv edib. Amma mən onlara müraciət etmişəm cavab aldığımda bununla bağlı açıqlama verəcəm".

Oxşar xəbərlər
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30