Ayətullah Xamenei: "ABŞ-ın Fələstinlə bağlı məkrli planı heç bir zaman baş tutmayacaq"
Müəllif: Admin
Tarix: 6-06-2019, 10:42
Bölmə: Xəbərlər
Ayətullah Xamenei: "ABŞ-ın Fələstinlə bağlı məkrli planı heç bir zaman baş tutmayacaq"
Ali dini lider Ayətullahül-üzma Seyyid Əli Xamenei bəyan edib ki, ABŞ-ın Fələstin problemi ilə bağlı təqdim etdiyi "razılaşma" iflasa məhkumdur və heç bir zaman baş tutmayacaq.

Deyerler.org-un PressTV-yə istinadən verdiyi xəbərə görə, Ayətullah Xamenei bu gün paytaxt Tehranın İmam Xomeyni (r.ə) adına meydanında qılınan Fitr bayramı namazının xütbəsində bu barədə bəyan edib.

ABŞ prezidenti Donalt Trampın "əsrin sazişi" adı ilə təqdim etdiyi razılaşmanı bəzi müsəlman ölkələrinin satqınlığı kimi dəyərləndirib.

Ayətullah Xamenei eyni zamanda ABŞ-ın planının bir hissəsini bu ayın sonunda təqdim edəcəyi konfransa ev sahibliyi etdiyinə görə Bəhreyn rejimini də tənqid edib. "Bu konfransın keçirilməsində məqsəd Amerikanın fələstinlilər üçün cızdığı qanunsuz, məkrli və iyrənc sxemi təqdim etməkdir.

Amerika bunu "əsrin razılaşması" adlandırır. Halbuki, bu baş verməyəcək və Allahın lütfü ilə bu məkrli plan heç bir zaman baş tutmayacaq", - deyə Ayətullah Xamenei bildirib.

Ali dini lider Fələstin məsələsinin İslam dünyasının gündəminin bir nömrəli mövzusu olduğunu qeyd edərək bu məkrli plana və Bəhrenydə keçiriləcək bu konfransa qarşı tənqidi fikirlərini bildirən hər bir kəsə minnətdarlıq edib.

"Səudiyyə Ərəbistanı və Bəhreyn kimi bəzi müsəlman dövlətlərinin satqınlığı belə bir razılaşma üçün zəmin yaradıb. Mən istərdim ki, Bəhreyn və Səudiyyə rejimləri nə qədər ki, gec deyil necə bir bataqlığın içərisində olduqlarını anlasınlar və bunun onların gələcəyinə nə boyda böyük zərər vuracağını başa düşsünlər", - deyə Ayətullah Xamenei vurğulayıb.

Eyni zamanda bu gün Ayətullah Xamenei bayram namazından sonra hökumət rəsmiləri, müsəlman ölkələrinin səfirləri və xalqın müxtəlif təbəqələrini təmsil edən insanlarla görüşüb.

Deyerler.org-un Maide.az-a istinadən verdiyi xəbərə görə, ayətullah Xamenei görüşdə çıxışı zamanı İslam ümmətini Fitr bayramı münasibətilə təbrik edib. "Böyük İslam ümmətinin dünyanın müxtəlif məntəqələrində yaşayan bütün nümayəndələrini, müxtəlif sferalarda Allahın nemətlərini və hidayətini qəbul etmək ləyaqətinə malik olduğunu sübuta yetirmiş böyük və şanlı İran xalqını, eləcə də sizi – möhtərəm iştirakçılar, hökumət rəsmiləri, qonaqlar – müsəlman ölkələrinin möhtərəm səfirlərini mübarək Fitr bayramı münasibətilə təbrik edirəm."

Fitr bayramının mesajının İslam ölkələri arasında vəhdət və birlik olduğunu bildirən Ayətullah Xamenei qeyd etdi ki, İslam dünyasının bugünkü problemlərinin həlli yolu Quranın «اَشِدّاءُ علَی الکفّار» “kafirlərə qarşı şiddətli” və «رُحَماءُ بَینَهُم» “öz aranızda isə mehriban” olun çağrışına əməl etməkdədir. İslam alimləri və ziyalıları bu çağrışın yerinə yetirilməsi üçün daha çox çalışmalıdırlar.

Düşmənlərin müsəlmanlar arasında qarşıdurma və müharibə yaratmaq üçün planlar hazırladığını deyən Ayətullah Xamenei bildirb ki, İslam ölkələri bir-birinin qarşısında durmaq əvəzində Fələstində qəsbkar düşmənin cinayətlərinə qarşı çıxmalıdırlar.

Sionist rejimlə saziş və müsəlmanlar arasında ixtilaf yaratmağa çalışan bəzi İslam ölkələrinə tövbə edib yanlış yoldan geri dönməyi tövsiyə edən Ayətullah Xamenei bildirib ki, nə üçün Liviya kimi müsəlman ölkəsində iki qrup bir-biri ilə vuruşmalı, bir-birinin qanını tökməlidir? Nə üçün İslam iddiasında olan bir ölkə Yəmən xalqını və bu ölkənin infrastrukturunu bombalamalı və düşmənlərin istəyini yerinə yetirməlidir?

Ayətullah Xamenei Fələstin məsələsinin bu gün İslam dünyasının ilk məsələsi adlandırıb və ABŞ və sionist rejimin məqsədlərinə xidmət edən bəzi müsəlman ölkələrini tənqid edib. “İran İslam Respublikası ilk gündən Fələstin xalqının müdafiəsinə qalxdı, hegemon güclər qarşısında müqavimət göstərdi və göstərəcək.”

“Qələbə Fələstin xalqı ilədir” deyən Ayətullah Xamenei bildirb ki, İslam Respublikasının yəhudilərlə bağlı baxışı bəzi sabiq ərəb ölkə rəhbərlərinin “yəhudiləri dənizə tökmək lazımdır” baxışı kimi deyil. Biz düşünürük ki, Fəlsətin xalqının hərtərəfli – həm siyasi, həm mədəni, həm də hərbi sahələrdə mübarizəsi qəsbkarların bu xalqa təslim olacağı vaxtadək davam etməlidir.

“İslam Respublikasının təklifi Fələstində yaşayan müsəlman, məsihi və yəhudilər, eləcə də, düşərgələrdə yaşayan fələstinlilər arasında bu ölkədəki hökumət sistemi ilə bağlı sorğu keçirməkdir. Fələstin xalqının mübarizəsi davam etməlidir. Allahın lütfü ilə bu mübarizədə Fələstin xalqı sonda qələbə çalacaq və gənclər Fələstin ölkəsinin Fələstin xalqına qayıdacağı günü görəcəklər.

Oxşar xəbərlər
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031