Ayətullah Xamenei: Fələstin dövlətinin qurulması saxta sionist rejimini məhv edəcək
Mьəllif: admin1
Tarix: 16-06-2018, 09:00
Bцlmə: Xəbərlər
Ayətullah Xamenei: Fələstin dövlətinin qurulması saxta sionist rejimini məhv edəcək
İslam ümmətinin şərəf və ləyaqətinin ən mühüm elementi vəhdət və ixtilafların aradan qaldırılmasıdır.

Maide.Az “leader.ir” saytına istinadən xəbər verir ki, bunu Ayətullah Xamenei İslam ölkələrinin səfirlərilə görüşdə bildirib.

Fitr bayramı münasibətilə müsəlmanları təbrik edən Ayətullah Xamenei qeyd edib ki, xüsusi ilə regiondakı İslam ölkələri arasında ixtilaf yaradan amillərin ən əsası cinayətkar ABŞ və sionist rejimin yürütdüyü qaba siyasətdir.

“Başlıca problem İsrail rejimininin leqitim olmamasıdır, çünki bu quruluş yalan üzərində bərqərar olub. Əminik ki, ilahi tofiq və müsəlman xalqlarının səyi nəticəsində məhv olacaqdır.”

Ayətullah Xamenei bildirib ki, hegemon güclərin regiondakı siyasəti ilə yeganə mübarizə yolu düşmənin planlarını tanımaq və onların qarşısında müqavimət göstərməkdir. “Burada əsas məsuliyyət İslam ölkələrinin siyasi, dini və mədəni elitası üzərinə düşür.

Regionun bəzi zəif ölkəlkərinin aşkara və gizlincə işğalçı rejimlə diplomatik əlaqələr qurması və ABŞ-ın səfirliyini Qüdsə köçürməsi “sionist rejim problemi”ni həll etməyəcək.

Çünki bu rejim zorakılıq, qətliam və bir xalqı öz doğma torpaqlarından çıxarmaq üzərində qurulub. Odur ki, İslam ümməti İsrialin leqetimliyini tanımır.Məhz bu Fələstin xəritəsini dünya coğrafiyasının tarixi yaddaşından silə bilməyəcək.”

Ayətullah Xamenei həqiqi fələstinlilər – müsəman, məsihi və yəhudilər - arasında referendumun keçirilməsinin zəruriliyini vurğulayıb. Qeyd edib ki, fələstində dövlətin referendom nəticəsində formalaşması lazımdır.

Çünki bu referendumun keçirilməsi və həqiqi fələstinlilərin səsi ilə Fələstin dövlətinin qurulması saxta sionist rjeimin məhv olmasıdır. Əminliklə deyə bilərik ki, bu yaxın gələcəkdə bu baş verəcək.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930