Əsəd: “Vəhhabilik radikalizmi gücləndirdi”
Mьəllif: admin1
Tarix: 22-05-2019, 22:11
Bцlmə: Xəbərlər
Əsəd: “Vəhhabilik radikalizmi gücləndirdi”
Suriya prezidenti Bəşər Əsəd bildirib ki, regionda və dünyada radikalizmi vəhhabi təriqəti gücləndirib.

Deyerler.org Farsnews-a istinadən xəbər verir ki, Bəşər Əsəd Dəməşqdə terrorizm və radikalizmlə mübarizə üçün beynəlxalq “Şam İslam Mərkəzi”nin açılışında çıxış edib.

Terrorizm və radikalizmlə mübarizə çərçivəsində qurulan mərkəzin açılış mərasimində danışan Əsəd, Suriya xalqının radikalizmlə mübarizə apardığını söyləyib.

“Suriya ordusu vəhhabi təriqətinin qidalanadırdığı radikalizm və terrorizmlə mübarizə aparır”, - deyə Əsəd bildirib.

Vəhhabi təriqətinin radikalizmi gücləndirməkdə oynadığı rolunu tənqid edərək, cəmiyyətdə dini fəaliyyətlərlə paralel olaraq, əxlaq prinsipinə də diqqət edilməli oduğunu söyləyib.

“Kim vətəninə xəyanət etsə, o, həqiqi mömin ola bilməz”, - deyə Əsəd bildirib.
Oxşar xəbərlər
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031