2 ABŞ esminesi Bəsrə körfəzində
Müəllif: Admin
Tarix: 18-05-2019, 10:16
Bölmə: Xəbərlər
2 ABŞ esminesi Bəsrə körfəzində
ABŞ donanmasına məxsus olan və Tomahawk raketləri ilə təchiz olunmuş iki döyüş gəmisinin Bəsrə körfəzinə daxil olduğu bildirilib.

Deyerler.org Reuters-ə istinadən xəbər verir ki, ABŞ donanmasına aid USS Qonzales (DDG-66) ilə USS MakFol (DDG-74) esminesləri göyərtəsində idarə olunan raketlərlə mayın 16-sı axşam saatlarında Hörmüz boğazından keçiblər.

ABŞ Dəniz Qüvvələri İnstitutunun (USNİ) Pentaqondakı mənbələrə istinad edib verdiyi bəyanatında, döyüş gəmilərinin hər hansı bir çətinlik yaşamadan və İran qüvvələrinin hər hansı bir hücumu ilə qarşılaşmadan problemsiz bir halda irəlilədiyi qeyd olunub.

Hər iki esminesin ABŞ tərəfindən bölgəyə bundan əvvəl göndərilən döyüş gəmilərinə daha yaxın mövqeyə göndərildiyi açıqlanıb.

Bölgəyə daxil olan gəmilər, Oman sahilində lövbər salan USS Abraham Linkoln (CVN-72) ilə dünən Birləşmiş Ərəb Əmirlikləri sahilinə yerləşdiyi öyrənilən USS Kearsarge (LHD-3) amfibiya gəmisini müşayiət edəcək.

Oxşar xəbərlər
«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031