Səudiyyə rejiminin Yəməndə qətliam törədən pilotlarına ABŞ təlim keçib
Mьəllif: admin1
Tarix: 18-01-2019, 14:37
Bцlmə: Xəbərlər
Səudiyyə rejiminin Yəməndə qətliam törədən pilotlarına ABŞ təlim keçib
Minlərlə dinc sakinin həlak olduğu, milyonlarla insanın da qıtlıqla üzləşdiyi Yəməndəki müharibədə ABŞ-ın böyük rolunun olduğu məlum olur.

Deyerler.org Sputnik-ə istinadən xəbər verir ki, ABŞ-ın Müdafiə Nazirliyi (Pentaqon) ordunun Yəməndəki Səudiyyə rejiminin rəhbərlik etdiyi koalisiyaya yalnız havadan yanacaq doldurma və pilotsuz uçuş aparatları ilə (PUA) kəşfiyyat dəstəyi verdiyini qeyd etsə də, ABŞ Hava Qüvvələrinə aid sənədlərdə ABŞ ordusunun Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) koalisiya qüvvələrinə hava hücumunu reallaşdırmaq üçün təlim keçdiyi də müəyyənləşdirilib.

Amerikanın Yahoo News xəbər platformasının “Məlumat alma hüququ” çərçivəsində əldə etdiyi sənəddə, ABŞ Mərkəz Hava Qüvvələri Komandanlığı (AFCENT), BƏƏ-dəki AFCENT-ə bağlı Hava Müharibəsi Mərkəzinin “Hava Qüvvələri Korporativ Mükəmməllik Mükafatına” namizəd göstərilib. Buna səbəb isə, Yəməndəki müharibədə iştirak edən pilotlara təlim keçməsi göstərilib.

Sənəddə belə qeyd olunub: “Birliyin döyüş təyyarəsi personalı BƏƏ-nin F-16 pilot təlim proqramını inkişaf etdirdi: 3 pilot 243 təhsil uçuşu/323 saat edərək, 4 təlimçi və Yəməndəki müharibəyə dərhal göndərilən 29 döyüş pilotu hazırladı”.

ABŞ pilotlarının BƏƏ təyyarəçilərini ABŞ-dakı “Red Flag” hava təliminə gələrkən müşayiət etdiyi bildirilən sənəddə, belə qeyd olunub: “6 BƏƏ F-16 təyyarəsinə Red Flag-a gələrkən müşayiət edildi. 150 pilot bu çətin təlimdə Yəməndəki əməliyyatlara hazırlandı”.

Sənəddə 1 yanvar 2016-cı il-31 dekabr 2017 tarixləri arasında BƏƏ və digər ərəb ölkələri ilə 50-dən artıq hava və raket ali hərbi təhsili də verildiyi vurğulanıb.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930