Ayətullah Xamenei: "ABŞ ilə müharibə deyil, iradələr qarşıdurması olacaq və biz qalib gələcəyik"
Mьəllif: admin1
Tarix: 14-05-2019, 23:22
Bцlmə: Xəbərlər
Ayətullah Xamenei: "ABŞ ilə müharibə deyil, iradələr qarşıdurması olacaq və biz qalib gələcəyik"
Ali dini lider Ayətullahül-üzma Seyyid Əli Xamenei ABŞ ilə İran arasında gərginliyin yaranmasına baxmayaraq hər hansı müharibə ehtimalinı istisna edir.

Deyerler.org-un PressTV-yə istinadən verdiyi xəbərə görə, bu gün ölkənin idarəedici, qanunverisi və məhkəmə sistemlərinin rəhbərləri, eləcə də digər yüksək rütbəli məmurlarla görüşən Ayətullah Xamenei bildirib ki, Vaşinqton əmindir ki, belə bir müharibədə iştirak onun maraqlarında deyil.

Ali dini lider vurğulayıb ki, ABŞ ilə İran arasında istənilən qarşıdurma iradələr qarşıdurması olacaq və heç bir müharibə olmayacaq. "İran xalqı üçün yeganə yol ABŞ-a müqavimət ola bilər və bu müqavimət qarşısında ABŞ geri çəkilməli olacaq. Həm biz, həm də onlar bilir ki, müharibə onların maraqlarında deyil", - deyə Ayətullah Xamenei bildirib.

Ayətullah Xamenei əlavə edib ki, iki ölkə arasında qarşıdurma iradə qarşıdurmasıdır. "Biz iradəmizdə daha güclüyük. Çünki özümüzə inamdan başqa Allaha da təvəkkül edirik. İran bu qarşılaşmanın qalibi olacaq", - deyə ali dini rəhbər bildirib.

Ayətullah Xamenei həmçinin ABŞ ilə hər hansı danışıqların mümkünlüyünü də istisna edib və bildirib ki, Vaşinqton İran xalqına qarşı düşmən mövqeyində olduğu sürəcdə belə danışıqların olması mümkün deyil.

O qeyd edib ki, ABŞ danışıqlarda İranın müdafiə gücünü və ya regional strateji maraqlarını azaltmağı məqsəd qoyub: "Onlar deyirlər ki, biz İranın müdafiə silahları barədə danışıqlar aparmalıyıq.

Danışmalıyıq ki, niyə görə siz bəlli məsafəni vura bilən raketlər istehsal edirsiniz. Onların vurma məsafəsini azaldın ki, bizim bazaları vura bilməyəsiniz".

Ali dini lider həmçinin bildirib ki, Vaşinqton sionist İsrail rejiminin maraqlarını bütün maraqlardan üstün tutur: "Bir çox işlərə nəzarət sionist cəmiyyətinin əlindədir".


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930