ABŞ İran bəhanəsi ilə Yaxın Şərqə qüvvələrini artırır
Mьəllif: admin1
Tarix: 12-05-2019, 10:30
Bцlmə: Xəbərlər
ABŞ İran bəhanəsi ilə Yaxın Şərqə qüvvələrini artırır
ABŞ-ın Müdafiə Nazirliyi (Pentaqon) İranla artan gərginlik səbəbindən Yaxın Şərqə “USS Arlington” amfibiya döyüş gəmisini və bir Patriot havadan müdafiə batareyasını göndərdiyini açıqlayıb.

Deyerler.org Sputnik-ə istinadən xəbər verir ki, Pentaqondan verilən yazılı açıqlamada belə qeyd olunub: “Müdafiə nazirinin müavini (Patrik Shanahan), ABŞ Mərkəzi Qüvvətlər (CENTCOM) Komandanlığının həftənin əvvəlində tələb etdiyi əlavə hərbi qüvvə tələbatının bir hissəsi kimi, komandanlığın vəzifə bölgəsinə USS Arlington (LPD-24) gəmisi və bir Patriot batareyasının göndərilməsini təsdiq etdi”.

Bu qüvvələrin də İranın ABŞ-a aid bəzi hədəflərə hücum etməyi planlaşdırdığı iddiaları üzərində həftənin əvvəlində regiona göndərilən “USS Abraham Linkoln” təyyarə gəmisi döyüş qrupu ilə bombardman xidməti qüvvələrinə qatılacağı bildirilib.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930