Ayətullah Safi Qolpayiqani: “İslam ölkələri Səudiyyədə müsəlmanların şəhid edilməsinə səssiz qalmamalıdır”
Mьəllif: admin1
Tarix: 26-04-2019, 21:16
Bцlmə: Xəbərlər
Ayətullah Safi Qolpayiqani: “İslam ölkələri Səudiyyədə müsəlmanların şəhid edilməsinə səssiz qalmamalıdır”
Əhli-Beytin (ə) böyük mərcəyi təqlid alimlərindən Ayətullah Safi Qolpayiqani Səudiyyə rejimi tərəfindən bir qrup Əhli-Beyt (ə) ardıcılının kütləvi şəkildə edam edilməsini qınayaraq, İslam ölkələrini bu cinayətə qarşı humanist vəzifələrini unutmamağa dəvət edib.

Deyerler.org Mehrə istinadən xəbər verir ki, Ayətullah Safi Qolpayiqani aprelin 25-i verdiyi açıqlamasında, Səudiyyə rejimi tərəfindən müsəlmanların şəhid edilməsindən məyus olduğunu bildirib.

Böyük Əhli-Beyt (ə) alimi bu cinayətin Səudiyyə rejiminin qaranlıq tarixində bənzəri olmadığını, günahsız və məzlum bir qrup gəncin şəhid edilməsinin beynəlxalq təşkilatlar və insan haqlarını müdafiə edən cəmiyyətlər üçün rüsvayçılıq olduğunu bildirib.

“Nə üçün İslam ölkələri bu dəhşətli və vəhşicəsinə edilən hadisə qarşısında susublar?”, sualını səsləndirən müctehid, müsəlman ölkələri və digər millətlərin sükutlarına son qoyub, bu cür cinayətləri pisləməli olduqlarını bildirib.
Oxşar xəbərlər
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031