Tanınmış rəssamların rəsimlərindən ibarət sərgi... (Video)
![]() Tədbir çərçivəsində təsisçilər çıxış edərək yeni yaradılan platformanın məqsədlərindən danışıblar. Tədbirdə İlahiyyatcı, rəssam Rizvan İsmayılın və rəssam İvane Kezuanın əsərlərindən ibarət sərgi təşkil olunub. Mərasim yeniyetmə və gənc azərbaycanlı və gürcü gənclərin Gürcüstan və Azərbaycanın klassik və milli musiqilərinin canlı ifası ilə davam etdirilib. Gənc azərbaycanlı pianoçu Rasim Pirməmmədov Tofiq Quliyev və digər azərbaycanlı bəstəkarların mahnı və musiqilərindən ibarət komposiziya təqdim edib. Mərasimdə Gürcüstan parlamentinin deputatları Mahir Dərziyev, Ruslan Hacıyev, Kvemo Kartli bölgəsinin qubernator müavini Zaur Darğallı, Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları, azərbaycanlı və gürcü gənclər və ziyalılar iştirak ediblər. Oxşar xəbərlər
|