Kvemo Kartli bölgə qubernatoru azərbaycanlı ziyalılarla görüş keçirib (Foto)
Mьəllif: admin1
Tarix: 31-12-2015, 10:11
Kvemo Kartli bölgə qubernatoru azərbaycanlı ziyalılarla görüş keçirib (Foto)
Ötən gün Kvemo Kartli qubernatoru Paata Xizanişvili bölgədə yaşayan və fəaliyyət göstərən bir qrup gürcü və azərbaycanlı şair, yazıçı, bəstəkar, jurnalist, rəssam və din xadimləri ilə görüşüb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə çıxış edən qubernator Paata Xizanişvili qarşıdan gələn Yeni il münasibətilə gürcü və azərbaycanlı ziyalıları təbrik edib, onlara Yeni ildə əmin-amanlıq, xoşbəxtlik sülh və firavan həyat arzulayıb. O, çıxışında gürcü və Azərbaycan xalqının əsrlərlə davam edən dostluğunun böyük əhəmiyyətini vurğulayıb. Sonra qubernator tədbir iştirakçılarına diplom və hədiyyələr təqdim edib. Tədbirdə cavab sözü ilə çıxış edən gürcü və azərbaycanlı şairlər qubernatora təşəkkür edib və Yeni il ərəfəsində onlara göstərilən qayğı üçün minnətdarlıqlarını bildiriblər.

Görüşdə Gürcüstan Rəssamlar İttifaqının və Gürcüstan Rəssamlar Federasiyasının üzvü, şair-rəssam və din xadimi Hacı Rizvan İsmayılov çəkdiyi "Gözəllik-gözəllik yaradır" rəsm əsərini və yeni nəşr olunan rəsm əsərlərindən ibarət kataloqunu qubernatora hədiyyə edib. Hədiyyəni qəbul edən qubernator gələcəkdə rəssam Hacı Rizvan İsmayılovun rəsm əsərlərinin sərgisini keçirəcəyini bildirib.

Tədbirdə Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin sədri Nizami Zillioğlu "Bədii yaradıcılıq sahəsində səmərəli və məhsuldar fəaliyyətinə görə" Kvemo Kartli qubernatorunun diplomuna layiq görülüb. Tədbirin sonunda Rustavi, Bolnisi, Qardabani, Marneuli, Dmanisi, Tetri-Tskaro və Zalqa rayonlarından gələn görüş iştirakçıları qubernator ilə kollektiv şəkil çəkdiriblər.
Kvemo Kartli bölgə qubernatoru azərbaycanlı ziyalılarla görüş keçirib (Foto)
Kvemo Kartli bölgə qubernatoru azərbaycanlı ziyalılarla görüş keçirib (Foto)
Kvemo Kartli bölgə qubernatoru azərbaycanlı ziyalılarla görüş keçirib (Foto)
Kvemo Kartli bölgə qubernatoru azərbaycanlı ziyalılarla görüş keçirib (Foto)
Kvemo Kartli bölgə qubernatoru azərbaycanlı ziyalılarla görüş keçirib (Foto)


Ahlibeyt.ge
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930