Böyük İslam alimi Ayətullah Safi Gülpayqaninin 100 yaşı tamam oldu
![]() İslamazeri.com xəbər verir ki, İslam alimi, mərcəi təqlid müctehidi Ayətullah Lütfullah Safi Gülpayqaninin 100 yaşı tamam olur. "Tasnim" xəbəri "Ayətullah Saafi - bir əsrlik İslam və İnqilabın müdafiəçisi" başlıqlı məqaləsilə onun haqqında məlumat və böyük din aliminin 100 yaşı olmasıyla bağlı hesabat-yazı yayıb. Hesabatın, onun təhsili, İslama xidməti, İslam İnqilabından sonra fəaliyyətləri qeyd olunur. Ayətullah Lütfullah Safi Gülpayqani 1919-cu ildə İranın İsfahan əyalətinin Gülpayqan bölgəsində dünyaya gəlib. Atası, İslam alimi Ayətullah Axund Molla Məhəmməd Cavad Safi olub (1877-1958). O yazıçı, məktəb, İslam elmlərinin müxtəlif sahələrində; fiqh, kəlam, hədis elmi və s.-də tədris və araşdırmaları ilə tanınıb. Anası Fatimə - şair olub, onun da atası Ayətullah Axund Molla Məhəməd Əli olub. Lütfullah Safi Gülpayqani 1940-cı ilə qədər Gülpayqanda mərhum Axund Molla Əbdül Qasimin tələbəsi olaraq din təlimlərini oxuyub. "Qütb" kimi tanınan müəlliminin yanında o kəlam, təfsir, hədis və fiqhdən dəsrs alıb. Daha sonra Nəcəf elmi hövzəsində təhsili davam etdirib. 1979-cu ildə İslam İnqilabı zamanı inqilaba dəstəyi ilə yadda qalıb. Hazırda Qumda yaşayır, mərkəzi ofisi oradadır və Qum Elmi Hövzəsində dərs deyir. O böyük mərcəiyyət olmuş Ayətullah Bürucerdinin sağlığında belə "dərs xaric" - daha çox oxumuş tələbələrin imtahanından məsul kimi fəaliyyətini davam etdirməkdədir. Ərəb qramattika qaydaları, İslam və İran tarixində geniş araşdırmalara sahibdir. Şeir və poeziyaya yaxınlığı ilə tanınan mərcəiyyətlərdəndir. Şah dövründə SAVAK (Şahın xüsusi xidmət orqanı) onun bütün kitablarını qadağan edilmiş siyahıya əlavə etmişdi. Oxşar xəbərlər
|