Səudiyyə Ərəbistanının taleyini Amerika həll edir - Ayətullah Xamenei
Müəllif: Admin
Tarix: 9-02-2019, 14:09
Bölmə: Xəbərlər
Səudiyyə Ərəbistanının taleyini Amerika həll edir - Ayətullah Xamenei
İslam İnqilabının Ali Rəhbəri Ayətullah Xameneyi Səudiyyə Ərəbistanı hakimiyyətinin Allah yolundan azdığını, Amerikanın diktələrinə boyun əydiyini deyib.

“İslaminSesi” arabic.rt-yə istinadən xəbər verir ki, Ali Rəhbər, cümə günü İran Hava Qüvvələrinin zabitləri və əsgərləri ilə keçirdiyi toplandıda ölkənin hərbi qüdrətinin artmasından və regionda baş verən hadisələrdən danışıb.

Həmçinin Yaxın Şərqdə xüsusi mövqeə sahib olan Səudiyyə Ərəbistanının daxili və xarici siyasətinə işarə edən Dini Rəhbər, bu ölkənin hakim dairələrini Allah yolnundan azmış adlandıraraq deyib:

“Səudiyyə Ərəbistanı Allah yolundan uzaqlaşması və düşmənə boyun əyməsi onlara zillət gətirir, xalqın isə yurdlarından sürülməsi ilə nəticələnir.”

İnqilabın Rəhbəri Səudiyyə siyasətini uğursuz adlandıraraq əlavə edib: Onların da sonu Pəhləri rejminin sonu kimi olacaq. Çünki bu xalqın bütün maraq və taleyinə Amerika nəzarət edir. Amerika da özü ilə bərabər müharibə, şərr, böhran, zülm gətirir.

Oxşar xəbərlər
«    Fevral 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728