K.Tsixelaşvili: Strasburq Məhkəməsinin qərarı Gürcüstan vətəndaşlarının qələbəsidir
Mьəllif: admin1
Tarix: 1-02-2019, 10:59
Bцlmə: Xəbərlər
K.Tsixelaşvili: Strasburq Məhkəməsinin qərarı Gürcüstan vətəndaşlarının qələbəsidir
Strasburq Məhkəməsinin verdiyi qərar Gürcüstan vətəndaşlarının qələbəsidir.

24News.ge xəbər verir ki, bu barədə jurnalistlərə açıxlamasında Ketevan Tsixelaşvili deyib.

O, bildirib ki, Strasburq Məhkəməsinin çıxardığı qərara əsasən Rusiya, 1 500 vətəndaşımıza təzminat şəklində 10 milyon avro ödəyəcək, bu isə bizim vətəndaşların qələbəsidir.

“Biz, gözləyirdik ki, ədalətli qərar olacaq. Bu, Gürcüstan vətəndaşlarının qələbəsidir. Strasburq Məhkəməsi müəyyən etdi ki, Rusiya Gürcüstan vətəndaşlarına təzminat şəklində 10 milyon avro ödəməlidir”.

Dövlət nazirinin dediyinə görə, qeyd olunan qərarın böyük əhəmiyyəti var.

Qeyd edək ki, Strasburq məhkəməsinin bu günki qərarına əsasən, Rusiya Federasiyası Gürcüstan hökumətinə müharibədə zərər çəkmiş şəxslərə 10 milyon avro məbləğində pul ödəməlidir.

Sözü gedən kompensasiya məbləği 2006-cı ildə Rusiya tərəfindən deportasiya olunma səbəbi ilə zərər çəkən Gürcüstan vətəndaşlarına xərclənəcəkdir.
Oxşar xəbərlər
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031