Rusiya-Gürcüstan sərhədi bağlandı - SƏBƏB
Mьəllif: admin1
Tarix: 3-12-2018, 10:43
Bцlmə: Xəbərlər
Rusiya-Gürcüstan sərhədi bağlandı - SƏBƏB
Rusiya-Gürcüstan sərhədi bağlandı. Modern.az xəbər verir ki, hava şəraitinin kəskin dəyişməsi, güclü qar yağması, qar uçqunu və yolların buz bağlaması səbəbindən Gürcüstan-Rusiya sərhəd keçid məntəqəsində və əsas magistralda 120-yə yaxın yük maşını dayanıb.

“Azərtac”ın məlumatına görə, avtomobillərin əsasən hansı ölkələrə məxsus olması barədə məlumat verilməsə də, əksəriyyətinin Ermənistana ərzaq daşıyan avtomobillər olduğu söylənilir.

Bildirilir ki, yolda problem təkcə Gürcüstan tərəfində deyil, Rusiya tərəfində də mövcuddur.

Rusiyanın və Gürcüstanın müvafiq strukturları avtomobildə qalan və ehtiyacı olan sürücülərə müvafiq yardımlar göstərirlər.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930