Baş nazir 17 yanvarı matəm günü elan etdi
Mьəllif: admin1
Tarix: 17-01-2019, 10:58
Bцlmə: Xəbərlər
Baş nazir 17 yanvarı matəm günü elan etdi
Baş nazir Mamuka Baxtadzenin qərarı ilə Tbilisidə təbii qazın sızması səbəbiylə baş verən faciə ilə əlaqədar 17 yanvar matəm günü elan edildi.

24News.ge xəbər verir ki, bu barədə hökümət başçısı Mamuka Baxtadze bir az əvvəl sərəncam imzaladı.

Sərəncama əsasən, matəm günü ilə əlaqədar olaraq, ölkədə ki, bütün dövlət binalarında və xaricdə yerləşən Gürcüstanın diplomatik binalarında dövlət bayrağı endiriləcəkdir.

Xatırladaq ki, yanvarın 16-da paytaxt Tbilisinin Didi Diğomi rayonunun Antandil küçəsindəki çoxmərtəbəli yaşayış binasında qaz sızması nəticəsində partlayış olub. Nəticədə 4 nəfər dünyasını dəyişib, 3-ü azyaşlı uşaq olmaqla 6 nəfər yaralanıb.
Oxşar xəbərlər
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031