Tbilisidə faciə qurbanlarının xatirəsinə memorial qoyulacaq
Mьəllif: admin1
Tarix: 21-06-2015, 20:44
Tbilisidə faciə qurbanlarının xatirəsinə memorial qoyulacaq

Gürcüstanda baş vermiş su basqını nəticəsində həlak olanların xatirəsi əbədiləşdiriləcək. Tbilisinin mərkəzində, Tamaraşvili küçəsində faciə qurbanlarının xatirəsinə memorial qoyulacaq.

Bu sözləri Baş nazir İrakli Qaribaşvili jurnalistlərə müsahibəsində bildirib.

Baş nazir deyib ki, memorial Tbilisi şəhər meriyasının və bələdiyyəsinin təşəbbüsü ilə qoyulacaq.

Gürcüstan paytaxtında baş verən daşqın qurbanlarının xatirəsini yad etmək üçün iyunun 15-dən başlayaraq şəhər sakinləri, hökumət və diplomatik korpus nümayəndələri Svanidze küçəsinə gül-çiçək dəstələri gətirir, şam yandırırlar.

Xatırladırıq ki, iyunun 14-də gecə yağan leysan yağışları nəticəsində paytaxt Tbilisidən keçən Vera çayının qarşısındakı su bəndi uçub, körpü dağılıb. Ərazidəki zoopark, “Miziuri” istirahət parkı su altında qalıb, bir neçə ev dağılıb, küçə və prospektlər yararsız vəziyyətə düşüb. Təbii fəlakət nəticəsində 19 nəfər həlak olub. Rəsmi məlumatlara görə, bu faciədən 475 nəfər ziyan çəkib

azertag.az
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930