Bir qrup katolik xristian İmam Əlinin (ə) müqəddəs hərəmini ziyarət etdi
Mьəllif: admin1
Tarix: 21-12-2018, 17:03
Bцlmə: Xəbərlər
Bir qrup katolik xristian İmam Əlinin (ə) müqəddəs hərəmini ziyarət etdi
İslam tədqiqatları üzrə ixtisaslaşan bir qrup katolik keşiş tədqiqatçıları Nəcəfül-Əşrəf şəhərindəki İmam Əlinin (ə) müqəddəs hərəmini ziyarət etmək şərəfinə nail olub.

Deyerler.org İmamali saytına istinadən xəbər verir ki, mütəhhər hərəmin İctimaiyyətlə Əlaqələr Şöbəsinin əməkdaşları katolik heyəti qonaqpərvərliklə qəbul ediblər və onlara müqəddəs ziyarətgahın tarixi və arxeoloji yerləri, eləcə də müqəddəs məbəd barədə ətraflı məlumatlar veriblər.

Heyətin üzvləri Fransa, Braziliya, Dominikan, Misir və İraqdan gəlib. Onlar müqəddəs ziyarətgahda səmimi qarşılanma və səxavətli qonaqpərvərliklərə görə, minnətdarlığını bildiriblər.
Oxşar xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31