İslam dinini yeni qəbul etmiş rusiyalı xanım İmam Əlinin (ə) hərəmini ziyarət etdi
Mьəllif: admin1
Tarix: 3-01-2018, 20:29
Bцlmə: Xəbərlər
İslam dinini yeni qəbul etmiş rusiyalı xanım İmam Əlinin (ə) hərəmini ziyarət etdi
İslam dinini yeni qəbul etmiş rusiyalı Olqa Nəcəfül-Əşrəf şəhərindəki İmam Əlinin (ə) mütəhhər hərəmini ziyarət edib.

Deyerler.org İmamali saytına istinadən xəbər verir ki, Olqa əvvəllər xristian idi və İslam dini ilə tanış olduqdan sonra, Cəfəri fiqh elmi əsasında İslam dinini qəbul edib.

Olqa İmam Əlinin (ə) mütəhhər hərəminin mətbuat xidmətinə müsahibəsində belə deyib: “Mən İraqa gəldim və özümə İmam Əlinin (ə) mütəhhər hərəmini ziyarət etmədən heç bir yerə getməyəcəyimə söz vermişdim. Sənin yanında olduğum üçün xoşbəxtəm və burada qadınların zəvvarlarına necə xidmət etdiyini görürəm.

Qadınların zəvvarlarına və cəmiyyətə necə xidmət etdiyini görəndə, “qadın evdə qalmalıdır və cəmiyyətə çıxmamalıdır” düşüncəsinin həqiqətdən uzaq olduğunu başa düşdüm”.

Ziyarətin sonunda mütəhhər hərəmin qadın idarəsi Olqaya müxtəlif mənəvi qiymətli hədiyyələr verib.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930