Norveç səfiri İmam Əlinin (ə) mütəhhər hərəmini ziyarət etdi
Mьəllif: admin1
Tarix: 12-12-2018, 10:44
Bцlmə: Xəbərlər
Norveç səfiri İmam Əlinin (ə) mütəhhər hərəmini ziyarət etdi
Norveçin İraqdakı səfiri Tun Alarç Nəcəfül Əşrəfdə İmam Əlinin (ə) mütəhhər hərəmini ziyarət edib.

Deyerler.org İmamali saytına istinadən xəbər verir ki, səfir İmam Əlinin (ə) hərəminə ziyarəti vaxtı hərəmdəki tarixi və arxeoloji abidələrdən heyrətə gəldiyini deyib.

Hərəmin ictimaiyyətlə əlaqələr idarəsinin işçiləri səfirə İmam Əlinin (ə) hərəminin tarixi və arxeoloji xüsusiyyətlərindən danışıblar və hərəmdəki yenidənqurma və genişləndirmə işləri barədə məlumatlar veriblər.

Səfir hərəmin Fatimeyi-Zəhra (s.ə) səhnini də ziyarət edib, görülən işlərlə də tanış olub.

“Bu mənin İmam Əlinin (ə) türbəsinə birinci səfərimdir və mən bu şərəfə layiq olduğum üçün özümüm xoşbəxt hiss edirəm. Mən İslam və müsəlmanlar barədə məlumatlarımı artırmaq üçün İmam Əlinin (ə) şəxsiyyətini araşdırmağa davam edirəm”, - deyə norveçli səfir Tun Alarç bildirib.
Oxşar xəbərlər
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031