Alimlər açıqladı: “Qayğı görməyən uşaqların beyni kiçilir”
![]() Deyerler.org BBC-yə istinadən xəbər verir ki, Texasdakı Uşaq Xəstəxanasında psixiatriya şöbəsinin mütəxəssisi professor doktor Bryus D. Perri, qayğı ilə böyüyən bir uşaq ilə qayğısız böyüyən bir uşağın beyin inkişafı arasındakı fərqi nümayiş etdirib. Perri yazdığı məqaləsində uşaqların inkişaf yolunun beynin inkişafı üçün əsas olduğunu söyləyib. O, bunu sübut etmək üçün ailəsinin qayğısı ilə böyüyən bir uşaq ilə qayğısız böyüyən 3 yaşlı iki uşağın beyin hərəkətini və inkişafını göstərən tomoqrafiya nəticələrini istifadə edib. “Fotolarda da göründüyü kimi, sol tərəfdəki beyin skaneri ailəsinin qayğısı ilə böyüyən orta ölçülü bir uşaq beynidir. Digər tərəfdən, sağ tərəfdə ailəsiylə vaxt keçirməyən və ailəsinin qayğısını görməyən bir uşağın beyin skaneri var. Bu uşağın şiddət görmüş ola biləcəyini də ehtimal edirik. Bu skanerlər nəticəsində, sağ tərəfdəki uşağın beyni yaşıdlarına görə daha kiçikdir. Sağ tərəfdəki uşağın beyninin kifayət qədər inkişaf etməməsi gələcəkdəki xəstəliklərdən xəbər verə bilər. Bu vəziyyət ümumiyyətlə Alzheimer xəstəsi olan yaşlı insanlarda müşahidə olunur. Mümkündür ki, bu uşağın yaddaş problemi də olsun. Digər tərəfdən, bu uşağın sosiallaşma problemlərinin olması və sosial olaraq təcrid olunmuş bir həyat sürməsi də mümkündür”. Oxşar xəbərlər
|