Gözü görməyən 5 yaşlı Hüseyn bütün Quranı bu cür əzbərləyib
Mьəllif: admin1
Tarix: 19-08-2016, 23:08
Bцlmə: Xəbərlər
Gözü görməyən 5 yaşlı Hüseyn bütün Quranı bu cür əzbərləyib
İslamazeri.az-ın "islam-today"-ə istinadən verdiyi xəbərə əsasən, Səudiyyə Ərəbistanından olan 5 yaşlı Hüseyn Muhəmməd Tahir anadangəlmə görmür.

Lakin bu ona bir çox yaşlı insanın uzun illərini alan bir şeyi etməsinə mane olmayıb. Oğlan bütün Quranı əzbərləyib.

H.M. Tahir bunu sadəcə Quranı radiodan dinləyərək edib: "Oğluma televizor almağımın bir mənası olmadığı üçün mən ona radio aldım və radionu bütün sutka boyu müsəlmanların müqəddəs kitabını yayımlayan radiostansiyasına köklədim.

Mən heç təsəvvür edə bilməzdim ki, o bütün Quranın mətnini əzbərləyə bilər. Sözün düzü, mən heç onun Quranı əzbərləməklə məşğul olduğundan şübhələnməmişdim belə.", - deyə uşağın atası Muhəmməd Tahir bildirib.

Uşağın ailəsi Ciddədən Mədinəyə köçdükdən sonra, Hüseyn atasından onu Peyğəmbərin (s) məscidinə aparmasını istəyib. Onun bu istəyinə atası bir şərtlə razı olub - əvvəlcə balaca Hüseyn əl-Bəqərə surəsindən bir neçə ayə əzbərləməli idi.

Hüseyn bütün surəni əzbərdən oxuduqdan sonra atası məəttəl qalıb. Bu hadisədən sonra uşağın atası oğlunu bir neçə müəllim və hafizə göstərib ki, onlar oğlunun biliklərini yoxlasınlar.

Onlar Hüseynin Quranı əzbər bilməsini təsdiqləyiblər və qeyd ediblər ki, onun öz biliklərini tam mükəmməl etməsi üçün cəmi bir neçə dərs alması kifayətdir.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930