Dünyada ruhi xəstəliklər sürətlə artır
Mьəllif: admin1
Tarix: 11-10-2018, 10:02
Bцlmə: Xəbərlər
Dünyada ruhi xəstəliklər sürətlə artır
Mütəxəssislər bunun dünya iqtisadiyyatına ciddi zərər verə biləcəyini açıqladı

Psixiatriya, ruhi xəstəliklər sahəsində mütəxəssislər, o cümlədən ruhi xəstələr və ictimai təşkilatlardan ibarət 28 nəfərlik "Lancet Komisisyası" hesabat yayıb.

Maide.Az “AA”a istinadla xəbər verir ki, hesabatda dünya səviyyəsində hər gün artan ruhi xəstəliklərin cəmiyyətə və iqtisadiyyata ciddi zərərlər verə biləcəyi açıqlanıb.

Aparılan araşdırmalara görə, ruhi xəstəliklərin artmasının qarşısı alınmazsa 2030-cu ilə qədər dünya iqtisadiyyatı 16 trilyon dollar ziyan görə bilər.

Bu xərclərin əsas hissəsi, xəstəxana, dərman və müalicə, o cümlədən sosial rifah və bu istiqamətdə təhsilin gücləndirilməsinə xərclənə bilər.

Hesabat müəllifləri bildirirlər ki, hazırda vəziyyət çox acınacaqlıdır. Çünki dünya ölkələri qeyd olunan sahəyə yetərincə maliyyə vəsaiti ayırmır.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən aparılan araşdırmalara görə, hazırda 300 milyon insan depresiyadan, 50 milyon ağlını itirmə, 23 milyon şizofreniya, 60 milyon insan isə digər ruhi çatışmamazlıqlardan əziyyət çəkir.

Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031