Dünyada 325 milyon insan hepatit virusundan əziyyət çəkir
Mьəllif: admin1
Tarix: 28-07-2018, 10:45
Bцlmə: Xəbərlər
Dünyada 325 milyon insan hepatit virusundan əziyyət çəkir
Bu gün Ümumdünya Hepatit Günüdür.

Maide.Az “Report” a istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının açıqladığı hesabata əsasən, dünyada təxminən 325 milyon insan hepatit virusundan əziyyət çəkir.

Lakin bu xəstələrin əksəriyyəti özlərini müalicə etdirə bilmir. Hətta onlardan 300 milyonunun hepatit B cə C-nin daşıyıcısı olmalarından xəbəri yoxdur.

Qeyd edək ki, 2015-ci ildə hepatit virusu səbəbndən 1,34 milyon insan ölüb.

Xatırladaq ki, hepatit virusunun hepatit A (HAV), hepatit B (HBV), hepatit C (HCV), hepatit D (HDV) və hepatit E (HAV) olmaqla 5 növü var. Ancaq bunlardan ən çox ölümə səbəb olanı hepatit B və hepatit C viruslarıdır.

Hepatit B və C viruslarına yoluxma səbəbləri əsasən, nəzarətsiz şəkildə qan köçürmə, istifadə edilmiş şpris mübadiləsi, diş fırçası kimi əşyaların ortaq istifadəsi, natəmiz şərtlərdə insan bədəninə edilən döymə və pirsinq (bədənin deşilməsi), cinsi əlaqə və anadan körpəyə doğum əsnasında keçməsi şəklində sıralanır.

Virusa yoluxmaqdan qorunmanın ən etibarlı üsulları sırasında hepatit A və hepatit B peyvəndinin edilməsidir. Hepatit C virusu üçün isə hələ bir peyvənd yoxdur.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930