İran tibbindən Hepatit C xəstəliyinin kökünü kəsən dərman
Mьəllif: admin1
Tarix: 9-09-2015, 11:08
Bцlmə: Xəbərlər
İran tibbindən Hepatit C xəstəliyinin kökünü kəsən dərman

İslamazeri.az "Mehr" agentliyinə istinadən xəbər verir ki, İran İslam Respublikasının səhiyyə nazirinin tədqiqat və texnologiya məsələləri üzrə müavini Rza Məlikzadə elm əsaslı şirkətlərin toplantısında çıxış edib. Rza Məlikzadə bu iclasda çıxışında " "Sofosbuvir" adlı həmin dərman Hepatit C xəstəliyinin müalicəsində istifadə ediləcək. Ölkə daxilində istehsal olunan dərmanlar idxal olunan dərmanlarla eyni keyfiyyətdədir və xəstəliklərin müalicəsində eyni təsiri buraxa bilir", -deyə söyləyib. Hepatit C xəstəlyinin müalicəsində istifadə ediləcək dərmanın da ölkə daxilində istehsal edildiyini bildirən Məlikzadə "Hazırda əlimizdə olan dərmanlarla Hepatit C xəstəliyini müalicə edə və gələcəkdə Hepatit C-ni tamamilə yox edə bilərik. Hepatit C-nin müalicə müddəti 3 aydır və xəstələr hər gün qiyməti 10 dollar olan bir həb istifadə etməlidirlər", -deyə vurğulayıb. 13 sentyabrda keçirilməsi planlaşdırılan 1-ci Səhiyyə Sektoru Elm Əsaslı Şirkətlərin Zirvə Görüşünə işarə edən İran İslam Respublikasının səhiyyə nazirinin tədqiqat və texnologiya məsələləri üzrə müavini Rza Məlikzadə "Həmin iclasda səhiyyə sektorundakı elm əsaslı firmaların dəstəklənmə strategiyaları müzakirə olunacaq" - deyə açıqlayıb. Elm əsaslı şirkətlərin əsasən əczaçılıq, tibb avadanlıqları və nanotexnologiyalar sahəsində fəaliyyət göstərdiyini vurğulayan R. Məlikzadə "2015-ci ilin sentyabrına qədər Respublika Elm və Texnologiya Nazirliyi tərəfindən 1700 elmi əsaslı şirkət qeydiyyata alınıb. Onlardan 443-ü səhiyyə sektorundakı firmalardır", -deyə əlavə edib.
Mənbə : İslamazeri
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930