Raqqada İŞİD qurbanlarının 2600 nəfərlik kütləvi məzarı tapıldı
Mьəllif: admin1
Tarix: 10-10-2018, 11:25
Bцlmə: Xəbərlər
Raqqada İŞİD qurbanlarının 2600 nəfərlik kütləvi məzarı tapıldı
Suriyanın Raqqa şəhərində İŞİD tərəfindən öldürülən insanlara aid kütləvi məzarlar tapılıb.

Raqqa Vətəndaş Məclisi həmsədri Əbdüssəlam Hevsorik Raqqada 2600 nəfərə aid 3 kütləvi məzar tapdıqlarını bildirərək, bölgənin bir neçə yerində çox sayda kütləvi məzar olduğunu deyib.

Məzarlardakıların çoxunun mülki vətəndaş olduğu bildirilib. İndiyə qədər 8 rayonda açılan kütləvi məzarlarda 450-si uşaq olmaqla, 2 min 600-dən artıq cəsəd tapılıb.

İŞİD məzarlardakı cəsədlərin çıxarılmaması üçün kütləvi məzarların ətrafını minalayıb. Minalar zərərsizləşdirildikdən sonra məzarlar ortaya çıxarılır.
Mənbə: /eastnews.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930