43 ölkədən 1600 jurnalist Ərbəin mərasimini işıqlandıracaq
![]() Deyerler.org Parstodaya istinadən xəbər verir ki, Əli Kərimian oktyabrın 8-i açıqlama verərək, Ərbəin mərasiminə qatılacaq media nümayəndələrinin çox geniş bir şəkildə Ərbəinlə əlaqədar olaraq dünyaya xəbər göndərəcəklərini söyləyib. Höccətül-İslam Kərimian Ərbəin mərasimlərinə qatılacaq media qurumları ilə bağlı lazım olan hazırlıqların və işlərin indidən aparıldığını deyib. O, Ərbəin mərasimlərində xidmət göstərəcək KİV-lərlə əməkdaşlıq istiqamətində 1200 siyasi və dini məsələlər üzrə mütəxəssisin də bu işlərdə kömək edəcəklərini söyləyib. Qeyd edək ki, bu ilki Ərbəin məclisləri 30 oktyabr 2018-ci il tarixində keçiriləcək. Oxşar xəbərlər
|