Ərbəin mərasimi 32 ölkədə canlı yayımlanacaq
Mьəllif: admin1
Tarix: 4-11-2017, 10:05
Bцlmə: Xəbərlər
Ərbəin mərasimi 32 ölkədə canlı yayımlanacaq
İraqda Hüseyn (ə) ərbəini üzrə virtual mühit və informasiya işçi qrupunun məsul şəxsi Muhəmməd Əli Ənuşə deyib ki, ərbəin mərasimi 32 ölkədə canlı yayımlanacaq.

Maide.Az xəbər verir ki, Muhəmməd Əli Ənuşə IRNA ilə müsahibədə qeyd edib ki, İmam Hüseynin (ə) Ərbəin mərasiminini dünya ictimaiyyətinə çatdırmaq məqsədi ilə Ərbəin mərasimi üzrə virtual mühit və informasiya işçi qrupu öz fəaliyyətinə üç ay bundan öncə Tehranda və İraqda başlayıb.

Onun sözlərinə görə, indiyədək İraqın media rəsmiləri, eləcə də Həzrət İmam Hüseyn (ə) və Həzrət Əmirəlmöminin (ə) ziyarətgahlarının məsul şəxsləri ilə iclaslar keçirilib.

M.Ənuşə bildirib ki, bu il Hüseyn(ə) ərbəin yürüşünü işıqlandırmaq üçün müxtəlif ölkələrdən olan 650-yə yaxın jurnalist və prodüser Kərbəlaya səfər edib.

O qeyd edib ki, Kərbəlada Ərbəin mərasimini canlı yayımlanması məqsədi ilə 13 SNG və səyyar ötürücü qurğular quraşdırılıb. 100-dən çox məsul şəxs Kərbəla şəhərində müxtəlif ölkələrdən canlı yayım etmək istəyən qruplarla əməkdaşlıq edir. Nəcəfdə Əmirəlmöminin (ə) studiyosu, Kərbəlada İmam Hüseyn (ə) və Həzrət Əbəlfəlz (ə) hərəmlərinin studiyosunda Türkiyə, Suriya, İran, Kuveyt, Livan və digər bir neçə ölkədən olan prodüser və rejissorun işləməsi üçün şərait yaradılıb.

M.Ənuşə deyib ki, Kərbəlada 3 mətbuat mərkəzi yaradılıb. Jurnalistlər və fotoqraflar bu mərkəzlərdən xəbər və çəkilişlər etmək üçün istifadə edə bilər. Eləcədə jurnalistlərin istirahəti və gecələməsi üçün Nəcəf şəhərində və Nəcəf-Kərbəla yolunda xüsusi məkanlar nəzərdə tutulub.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930