Xeyməgah Ərbəin zəvvarları üçün qapılarını açır
Mьəllif: admin1
Tarix: 9-10-2018, 15:43
Bцlmə: Xəbərlər
Xeyməgah Ərbəin zəvvarları üçün qapılarını açır
Müqəddəs Kərbəla şəhərinin özünəməxsus tarixi məkanlarından biri olan İmam Hüseynin (ə) xeyməgahı uzun müddətdir davam edən təmirdən sonra, qapılarını zəvvarlara yenidən açır.

Deyerler.org ABNA-ya istinadən xəbər verir ki, İmam Hüseynin (ə) mütəhhər hərəminə təxminən 500 metr məsafədə yerləşən bu tarixi məkan tarix boyu zəvvarlara duyğulu anlar yaşatmışdır.

İstiqaməti məcburən Kərbəlaya döndərilən İmam Hüseyn (ə) onunla birgə olan Əhli Beyt (ə) karvanı Xeyməgah olaraq adlandırılan bu əraziyə çadırlarını qurmuş və müharibə qurtarana qədər də bütün karvan burada yerləşdirmişdi.

İki ildən artıq bir müddətdir bərpa və yenidənqurma işləri davam edən Xeyməgahda artıq işlər sonlandırılır və yeni siması ilə Ərbəin ziyarətçiləri üçün qapılarını açmağa hazırlaşır.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930