Ərbəin zəvvarlarına xidmət üçün 10 min heyət və qrup qeydiyyata alınıb
Mьəllif: admin1
Tarix: 4-11-2017, 21:40
Bцlmə: Xəbərlər
Ərbəin zəvvarlarına xidmət üçün 10 min heyət və qrup qeydiyyata alınıb
Bu il Ərbəin zəvvarlarına xidmət etmək üçün artıq 10 mindən çox heyət İmam Hüseyn (ə) və Həzrət Abbas (ə) hərəmləri idarəsində qeydiyyata alınıb.

Deyerler.org-un İQNA-ya istinadən verdiyi xəbərə görə, Müqəddəs İmam Hüseyn (ə) və Həzrət Abbas (ə) Hərəmləri İdarəsinin ayinlər və heyətlər bölümünün rəhbəri Riyad Nume Salman bu il üçün İraqdan və dünyanın hər yerindən gələn zəvvarlara xidmət üçün 10 mindən çox heyətin qeydiyyata alındığını bildirib.

"İndiyə qədər bu bölümdə 10 mindən çox xidmət heyəti və qrupu qeydiyyatdan keçib. Kərbəla daxilində və Kərbəlaya gələn yollarda zəvvarlara xidmət edəcək heyətlərə lazımi təlimatlar verilib.

O həmçinin bildirib ki, qeydiyyatdan keçən qruplar müəyyən olunmuş məntəqələr üzrə artıq xidmətlərə başlayıblar.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930