Yağlı və şəkərli qidalar beyni 4 günə məhv edir
Mьəllif: admin1
Tarix: 9-10-2018, 15:42
Yağlı və şəkərli qidalar beyni 4 günə məhv edir
Yeni bir araşdırmaya görə, yağlı və şəkərli bir qidalanma yalnız dörd gün ərzində yaddaşınıza, diqqətinizə və ruh halınıza zərər verə bilər. Amerika Nevroloji Akademiya tərəfindən aparılan araşdırmaya görə, yağlı və şəkərli qidalar çox zərərlidir, belə ki, dörd gün ərzində yaddaşa zərər verə bilər.

İşdə 4 gün boyunca naharda yüksək yağlı və şəkərli yeyən iştirakçıların məlumatları araşdırıldı. Yağ və şəkər ehtiva edən qidalanma proqramının insanın düşünmə və xatırlama kimi bacarıqlarına pis istiqamətdə təsir edərək zehni sağlamlığını pozulmasına səbəb oldu.

Oksford Universitetində aparılan başqa bir təcrübə isə, yüksək yağlı qidalanmanın beş gün boyunca istehlak edildiyində, diqqət və yaddaş funksiyası ilə yanaşı əhval-ruhiyyədə dəyişmələrə də gətirib çıxardığını göstərdi.

Həddindən artıq çəki, bütün bədənə təsir edir. İnfarkt və diabet ehtimalı olduqca yüksəkdir. Ancaq mütəxəssislərə görə bu şərh, arıq insanların rahat bir nəfəs ala biləcəyi mənasını vermir.

Həm Circulation, həm də Lancet jurnalında nəşr olunan araşdırmaya görə, sağlam bir görünüş, sağlam bir bədənə sahib olmaq mənasını vermir. Əgər arıqsınızsa, amma yenə də sağlam olmayan bir rasionunuz varsa və idman etməkdən qaçırsınızsa, hələ də xərçəng, infarkt və diabet riski altındasınız.

Avstraliyanın Sidney şəhərindəki Makquayr Universiteti tərəfindən aparılan araşdırmalar, arıq olan bütün insanların ortalama 23%-nin həyatları boyunca, həddindən artıq çəkili və hətta piylənmə ehtimalının daha yüksək olduğunu göstərdi.




Deyerler.Org
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930