Amerikalı senator: “İraqda seçkilərin qalibi İrandır”
Mьəllif: admin1
Tarix: 4-10-2018, 21:10
Bцlmə: Xəbərlər
Amerikalı senator: “İraqda seçkilərin qalibi İrandır”
Amerikalı senator Marko Rubio İraq seçkilərinin qalibinin İran olduğunu deyib.

Deyerler.org Reuters-ə istinadən xəbər verir ki, Respublikaçılar partiyasının Florida ştatından olan senatoru Marko Rubio İraqda baş tutan prezident və baş nazir seçkilərinə dair Twetter-dən verdiyi açıqlamasında, belə qeyd edib: “Amerika və İranın İraq seçkilərində məğlub olması ilə bağlı səsləndirilən iddialar doğru deyil.

Seçkilərin qalibi açıq-aşkar İran oldu. İranlı general Qasım Süleymani İraqa gedərək, apardığı danışıqlar və vasitəçilik ilə qələbəni İrana qazandırmışdır. Bu regionda mühüm təsirləri olacaq bir hadisədir”.

Qeyd edək ki, İraq parlamenti Bərhəm Salehi ölkənin yeni prezidenti seçmişdir. Bərhəm Saleh isə prezident seçilməsindən sonra, Adil Əbdülmehdiyə hökuməti qurmaq tapşırığını vermişdir.
Oxşar xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031