İranlı general Süleymani ilə Ərdoğan Ankarada görüşdü
Mьəllif: admin1
Tarix: 7-08-2018, 19:38
Bцlmə: Xəbərlər
İranlı general Süleymani ilə Ərdoğan Ankarada görüşdü
HƏMAS-ın Livandakı nümayəndəsi Əli Bərəkə Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan ilə İranın İnqilab Keşikçiləri ordusunun xarici əməliyyatlarına cavabdeh Qüds Qüvvələrinin komandanı general-mayor Qasım Süleymani ilə Ankarada görüşdüyünü deyib.

Deyerler.org xəbər verir ki, Kudus TV-nin informasiya ofisinin direktoru Ramazan Bursa, Livanda həyata keçirilən “Türkiyə-İran münasibətləri çərçivəsində Fələstin” adlı proqrama dair açıqlamalar verib.

Ramazan Bursanın bildirdiyinə görə, bəhs edilən proqramda HƏMAS-ın Livandakı nümayəndəsi Əli Bərəkə belə bir açıqlama ilə çıxış edib: “HƏMAS Suriya məsələsində prezident Ərdoğan ilə İran Qüds ordusunun komandiri general-mayor Qasım Süleymanini Ankarada görüşdürdü.

Prezident Ərdoğan ilə Qasım Süleymaninin görüşündə hər iki tərəf Suriyada siyasi həll mövzusunda ortaq fikrə gəldilər. (Bəzi Qərb ölkələrinin) Suriya müxalifətinə təzyiqi nəticəsində nail olunan razılaşma həyata keçirilmədir.

Türkiyə və İranın siyasi mövqeləri mühümdür. İki ölkənin yaxınlaşmasından ümmət və Fələstin qazanclı çıxacaq. Türkiyə və İranın yaxınlaşması regionda məzhəb bünövrəli bir müharibənin baş verməsinə mane olur və Fələstin müşkülünün həlli üçün faydalıdır”.

Məsələ ilə bağlı bir neçə gün əvvəl jurnalist-publisist İslam Özkan da bir açıqlama vermişdi. Bəhs edilən proqrama şəxsən qatıldığını bildirən Özkan, HƏMAS-ın Livandakı nümayəndəsi Əli Bərəkənin eyni sözləri işlətdiyini bildirmişdi.

Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031