İraqda 4 minə yaxın insan içməli sudan zəhərlənib
Mьəllif: admin1
Tarix: 25-08-2018, 10:34
Bцlmə: Xəbərlər
İraqda 4 minə yaxın insan içməli sudan zəhərlənib
İraqın Bəsrə əyalətində 4 min nəfərə yaxın insan içməli sudan zəhərlənib.

Maide.Az bildirir ki, bu barədə Bəsrənin Səhiyyə Departamentinin bəyanatında deyilir.

"Bəsrənin Səhiyyə Departamenti elan edib ki, təqribən 4 min nəfər hökumətin əyalətdə içməli su probleminin həlli üçün ayırdığı maşınların gətirdiyi çirklənmiş sudan içdikdən sonra zəhərlənib", — deyə məlumatda bildirilir.

İraqda İnsan Haqları Ali Komissarlığı avqustun 23-də İraq federal hökumətə müraciət edib. Müraciətdə Bəsrə əyalətini havanın həddən artıq çirkli olması, suyunun şor olması və dərman çatışmamazlığına görə böhdanlı bölgə elan edilməsinin zəruriliyi vurğulanıb.

Həmçinin Bəsrəli fəallar sosial şəbəkələrdə "Bəsrəni nicat verin" kampaniyası başladıb. Onlar Bəsrə əyalətində yaşayış səviyyəsinin və xidmətlərin yaxşılaşdırılmasını və su krizisinin həlli üçün əməldə addımlar atılmasını istəyiblər.
Oxşar xəbərlər
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930