Ayətullah İsa Qasımın səhhəti müsbətə doğru irəliləyir
![]() Deyerler.org Əl-Aləmə istinadən xəbər verir ki, Seyid Abdulla Əl-Ğurəyfi açıqlamasında belə deyib: “Ayətullah İsa Qasımın xüsusi müalicə prosesinə ehtiyacı var. Bu xəstəxanada inkişaf etmiş tibbi cihazlar və avadanlıqlar var. Bu da Ayətullah Qasımın vəziyyətinin yaxşılaşması üçün ən yaxşı fürsətdir”. İyulun 9-da Bəhreyndən çıxmasına icazə verilən Ayətullah İsa Qasımın Londonda özəl bir xəstəxanaya yerləşdirildiyi açıqlanmışdı. 2016-cı ildə Ali Xəlifə rejimi tərəfindən vətəndaşlıqdan məhrum edilən Ayətullah İsa Qasımın şəxsiyyət vəsiqəsi və pasportu da ləğv edilmişdir. Bəhreyndə Əhli-Beyt (ə) ardıcıllarının rəhbəri Ayətullah İsa Qasımın xərçəng xəstəliyindən əziyyət çəkdiyi bildirilmişdi. Oxşar xəbərlər
|