Məhəmməd Əli Əl-Husi: “Yəmənli uşaqların intiqamı alınacaq!”
![]() Deyerler.org Əl-Məsirəyə istinadən xəbər verir ki, Məhəmməd Əli Əl-Husi bəyanatında, Səudiyyə rejimini silahlandıran ABŞ və Böyük Britaniyanı Yəməndəki qırğınların əsas problemi kimi gördüklərini bildirib: “İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Birliyinin Yəməndə törədilən cinayətlər qarşısındakı sükutları onların da bu qətliamlara şərik olduqlarını göstərir. Biz Rusiya, Çin və Fransadan Səna şəhərində törədilən qətliamla bağlı BMT-ni fövqəladə toplantıya çağırmalarını istəyirik. Səudiyyə rejiminin bütün qətliam və zülmləri Yəmən xalqının əzm və müqavimət gücünü artıracaq. Yəmən ordusu və inqilabi xalq komitələri qısa bir müddətdə törədilən bu cinayətin intiqamını alacaq”. Oxşar xəbərlər
|