Əməliyyat olunan Ayətullah İsa Qasımın vəziyyəti yaxşıdır
Mьəllif: admin1
Tarix: 2-08-2018, 15:47
Bцlmə: Xəbərlər
Əməliyyat olunan Ayətullah İsa Qasımın vəziyyəti yaxşıdır
İyulun 9-u Londonda xüsusi bir xəstəxanaya yerləşdirildikdən sonra, həmin ayın 24-ü əməliyyat olunan Bəhreyndəki Əhli-Beyt (ə) ardıcıllarının rəhbəri Ayətullah İsa Qasımın vəziyyətinin yaxşı olduğu bildirilib.

Deyerler.org Shafaqna-ya istinadən xəbər verir ki, Ayətullah Şeyx İsa Qasımın müalicə müddətini təqib edən qrup, Ayətullah İsa Qasımın keçirdiyi əməliyyatdan sonra intensiv nəzarət prosesinin normal axarında davam etdiyi bildirib:

“Ayətullah İsa Qasımın tibbi müayinələrinin nəticələri göstərir ki, cərrahiyyə əməliyyatı müvəffəqiyyətlə keçib və bu sağlamlığında müsbətə meyllənməni göstərir”.

Qrup həkimlərin, həmçinin Ayətullah Qasımın müalicəsinin davam etdirilməsinin vacibliyini vurğuladığını və bundan sonra da daimi qayğı göstərilməlisini tələb etdiklərini bildirib.
Oxşar xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31