Almaniyanın İraqdakı səfiri İmam Əlinin (ə) hərəmini ziyarət etdi
Mьəllif: admin1
Tarix: 19-07-2018, 23:12
Bцlmə: Xəbərlər
Almaniyanın İraqdakı səfiri İmam Əlinin (ə) hərəmini ziyarət etdi
Almaniyanın İraqdakı səfiri Kirill Nann Nəcəfül Əşrəfdəki İmam Əlinin (ə) müqəddəs məbədini ziyarət etmək şərəfinə nail olub.

Deyerler.org İmamali saytına istinadən xəbər verir ki, İmam Əlinin (ə) mütəhhər hərəminin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşları səfirin hərəmə ziyarəti vaxtı onu müşayiət ediblər. Səfirə hərəmin tarixi və arxeoloji yerləri, eləcə də müqəddəs məbəd barədə ətraflı məlumatlar verilib.

Almaniyanın İraqdakı səfiri Kirill Nann mütəhhər hərəmdə ilk dəfə olduğunu qeyd edərək, buradakı səmimi qarşılama və səxavətli qonaqpərvərliklərə görə, minnətdarlığını bildirib.
Oxşar xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31