Nigeriya xalqı Şeyx Zəkzəkiyə azadlıq tələbilə növbəti mitinqini keçirdi
![]() Deyerler.org Premiumtimesng-ə istinadən xəbər verir ki, Nigeriya əsgərlərinin 2015-ci il 12 dekabr tarixində Zariyadakı Bəqiyyətullah hüseyniyyəsinə hücum edərək, rəsmi rəqəmlərə görə, 347 Əhli-Beyt (ə) ardıcılını öldürdüyü hücumda bir nigeriyalı əsgərin də öldüyü iddia olunur. Nigeriyalı Əhli-Beyt (ə) ardıcıllarının kütləvi şəkildə öldürülməsi üçün heç bir əsgər cinayət məsuliyyətinə cəlb olunmamasına baxmayaraq, Kaduna hökuməti, Şeyx Zəkzəkini əsgərin ölümünə görə mühakimə edir. Nigeriya Əhli-Beyt (ə) ardıcıllarının rəhbəri və xanımına qarşı Kaduna Federal Ali Məhkəməsində 8 ittiham irəli sürülüb və məhkəmənin növbəti iclasının avqustun 2-də davam etməsi gözlənilir. İyulun 16-sı küçəyə çıxan minlərlə nigeriyalı Əhli-Beyt (ə) ardıcılı təhlükəsizlik qüvvələri tərəfindən öldürülən tərəfdarlarının şəkillərini qaldırıblar. Əvvəlki etiraz aksiyalarına polis sərt müdaxilə etsə də, dünən keçirilən mitinq dinc şəraitdə və heç bir müdaxilə olmadan davam etmişdi. Oxşar xəbərlər
|