Şeyx Zəkzəki və xanımının məhkəməsi oldu
Mьəllif: admin1
Tarix: 17-05-2018, 21:39
Bцlmə: Xəbərlər
Şeyx Zəkzəki və xanımının məhkəməsi oldu
Mayın 15-i Nigeriyanın Kadunadakı Ali Məhkəməsində Nigeriya İslam Hərəkatının (İMN) baş katibi Şeyx İbrahim Zəkzəki və xanımının işinə baxılıb.

Deyerler.org premiumtimesng-yə istinadən xəbər verir ki, Nigeriya Dövlət Təhlükəsizlik Xidməti (SSS) azadlığa buraxılması üçün Abucadakı Ali Məhkəmə qərarına baxmayaraq, Nigeriyada Əhli-Beyt (ə) ardıcıllarının rəhbərini hələdə həbsdə saxlayır.

Nigeriya əsgərlərinin 2015-ci il 12 dekabr tarixində Zariyadakı Bəqiyyətullah hüseyniyyəsinə hücum edərək, rəsmi rəqəmlərə görə, 347 Əhli-Beyt (ə) ardıcılını öldürdüyü hücumda bir nigeriyalı əsgərin də öldüyü iddia olunur.

Nigeriyalı Əhli-Beyt (ə) ardıcıllarının kütləvi şəkildə öldürülməsi üçün heç bir əsgər cinayət məsuliyyətinə cəlb olunmamasına baxmayaraq, Kaduna hökuməti, Şeyx Zəkzəkini əsgərin ölümünə görə mühakimə edir.

Məhkəmədə işinə baxılması üçün Şeyx Zəkzəki və xanımı mayın 15-i səhər saat 09:00 radələrində məhkəməyə gətiriliblər.

Məhkəməyə gedən əsas yol jurnalistlərin və Şeyx Zəkzəki tərəfdarlarının girişi üçün bağlanılıb. Ali Məhkəmə heyətinə aid olmayan şəxslər də ərazidən uzalaşdırılıb.

Şeyx Zəkzəkinin vəkili Maksvel Kyom Premium Times-ə verdiyi açıqlamasında, Şeyxin qanunsuz toplaşmaq, mütəşəkkil cinayət, amansız qətl, edamla cəzalandırma ittihamı ilə mühakimə olunduğunu bildirib.

Maksvel Kyom hər iki müttəhimin olmadlığı üçün məhkəmədə iddianın davam edə bilməyəcəyini qeyd etdikdən sonra, məhkəmə Şeyx Zəkzəki və xanımının məhkəmə zalına gətirilməsini təmin edib.

Vəkilləri Şeyx Zəkzəki və xanımının girovluğa buraxılmasını məhkəmədən istəyiblər. Amma məhkəmənin sədri Qideon Kurada bu barədə şifahi yox, yazılı şəkildə müraciətin edilməsini istəyib.

Məhkəmənin hakimi prokurorun şikayət ərizəsini düzgün şəkildə verməsi üçün məhkəməni 21 iyun tarixinə təxirə salıb.

Məhkəmədən sonra İMN üzvləri Kadunada liderlərinin azad edilməsini tələb edərək etiraz aksiyası keçiriblər.

İMN üzvü Əbdülhəmid Bello məhkəməyə görə narahat olduqlarını deyib, çünki federal hökumət Şeyx və xanımını girovluğa buraxmaqdan imtina edib: “Biz federal və Kaduna əyalətinin hökumətlərini təcili olaraq, Abuca məhkəməsinin qərarına tabe olmağa çağırırıq və Şeyxin salamatlığı üçün azad olmasını istəyirik”.

Əbdülhəmid Bello İMN üzvlərinin həbs olunan ruhaniləri azad etmək üçün hökumətə təzyiq göstərmək üçün bütün dinc vasitələrindən istifadə etməyə davam edəcəyini söyləyib.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930